Oynamaq bilməyən gəlinə oyun yeri dar gələr.

Cf. Who cannot dance finds different causes (reasons). Плохому танцору и штаны мешают. / Плохому танцору одежда мешает.
oynamağa getmirəm ki
Oynamaq bilməz, yerim dardır - deyər.
OBASTAN VİKİ
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Əd-Dar
Əd-Dar (ər. الضار) — Allahın adlarından biri.
Qurban rolunu oynamaq
Qurban rolunu oynamaq, həmçinin qurban kartı və ya özünü qurban vermə — başqalarına qarşı istismara haqq qazandırmaq, başqalarını manipulyasiya etmək, kopinq, diqqət axtarmaq və ya diffuziya kimi müxtəlif səbəblərə görə qurbanlığın uydurulması və ya şişirdilməsi. Bunu dəfələrlə edən şəxs peşəkar qurban kimi tanınır. Zorakılıq edənlər tərəfindən oynanılan qurban rolu belə olur: Dehumanizasiya — istismarın başqa bir şəxsin (adətən qurbanın) pis davranışına əsaslandığını iddia edərək diqqəti sui-istifadə aktlarından yayındırmaq. Qurbanın istismarını dəstəkləmək və ya ona imkan vermək üçün yardım almaq məqsədilə başqalarından rəğbət istəmək yolu ilə istismarçı gücə və nəzarətə qruminq (proksi istismar kimi tanınır). Anthony C. Mersino, Emotional Intelligence for Project Managers; The People Skills You Need to Succeed (2012) p. 60 and p.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Dar-əs-Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Dar Emtedade Şab
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Dar əs Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Gəlinə-i Büzürg (Sərdəşt)
Gəlinə-i Büzürg (fars. گلينه بزرگ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (14 ailə).
Gəlinə-i Kiçik (Sərdəşt)
Gəlinə-i Kiçik (fars. گلينه كوچك‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (6 ailə).
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Dama (oyun)
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Halay (oyun)
Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: — Halay gəlmişik. Dəstəbaşının biri digərinə : — Gəl! (yəni qəbul et) — deyir. O biri cavabını verir.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Monopoliya (oyun)
Monopoliya — stolüstü oyun növü. Burada oyunçular altı tərəfli zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər. Oyunçular öz rəqiblərini iflas etməklə onlardan icarəyə mülklər götürürlər. Pul, həmçinin, Şans və İcma kartları və vergi xalları vasitəsilə əldə edilə və ya itirə bilər; oyunçular bir neçə şəraitdən birini yerinə yetirənə qədər hərəkət edə bilməyəcəkləri həbsxanada ola bilərlər. Oyunun bir sıra ev qaydaları və yüzlərlə vesiyası mövcuddur. Monopoliya oyunu beynəlxalq səviyyədə tanınaraq 103-dən çox ölkədə lisenziyalaşdırılmış və 30-dan çox dildə tərtib edilmişdir. Monopoliya oyunu 1903-cü ildə ABŞ-də Elizabet Maqi tərəfindən yaradılan Landlord's Game versiyasından götürülmüşdür. 1935-ci ildə yaradılmışdır. Monopoliya oyununu 40 boşluqdan ibarət olan taxtada oynanılır. Bu 40 boşluqda iyirmi səkkiz mülkiyyət yeri—iyirmi iki küçə (səkkiz müxtəlif rəngli qrupa bölünmüşdür), 4 dəmiryol xətti və iki kommunal yer—üç Şans küçəsi, üç İcma yeri və Lüks vergi yeri, Gəlir vergisi yeri və dörd ədəd künc meydanı: GET, (içəri) Həbsxana/Sadəcə səfər et, Pulsuz parkinq, and Həbsxanaya get adlı xanalar yerləşir.
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
Oyun interfeysi
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Oyun kafesi
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun mühərriki
Oyun mühərriki — əsasən video oyunların tərtibatı üçün nəzərdə tutulan proqram təminatı freymvorku. Müvafiq kitabxanaları və səviyyə redaktoru kimi dəstəkləyici proqramları ehtiva edir. "Mühərrik" terminologiyası proqram təminatı sənayesində istifadə olunan "proqram təminatı mühərriki" termininə bənzəyir. Oyun mühərriki bu freymvorkdan istifadə edən, adətən oyunların tərtibatı üçün alətlər və xüsusiyyətlər dəsti təklif edən tərtibat proqramına da aid edilə bilər. Tərtibatçılar video oyun konsolları və digər kompüter növləri üçün oyunlar yaratmaq üçün oyun mühərriklərindən istifadə edə bilərlər. Adətən oyun mühərriki tərəfindən təmin edilən əsas funksionallığa 2D və ya 3D qrafika üçün göstərmə mühərriki (renderer), fizika mühərriki və ya toqquşmanın aşkarlanması (və toqquşma reaksiyası), səs, skript, animasiya, süni intellekt, şəbəkə, striminq, yaddaşın idarə edilməsi, tredləmə, lokalizasiya dəstəyi, səhnə qrafiki və kinematika üçün video dəstəyi daxildir. Oyun mühərriki tətbiq edənlər çox vaxt fərqli oyunlar yaratmaq və ya oyunları birdən çox platformaya uyğunlaşdırmağa kömək etmək üçün eyni oyun mühərrikindən yenidən istifadə etməklə/uyğunlaşdırmaqla oyunun tərtibatı prosesinə qənaət edirlər. Bir çox hallarda, oyun mühərrikləri təkrar istifadə edilə bilən proqram komponentləri ilə yanaşı, vizual tərtibat alətləri dəsti təqdim edir. Bu alətlər, ümumiyyətlə, verilənlərə əsaslanan şəkildə oyunların sadələşdirilmiş, sürətli tərtibatını təmin etmək üçün inteqrasiya olunmuş inkişaf mühitində təmin edilir. Oyun mühərriki tərtibatçıları tez-tez oyun tərtibatçısının oyun qurmaq üçün ehtiyac duya biləcəyi bir çox elementləri özündə birləşdirən etibarlı proqram paketləri hazırlayaraq interpretator ehtiyaclarını qarşılamağa çalışırlar.
Oyun portu
Oyun portu - (ing.game port, ru.игровой порт) - IBM PC-uyumlu kompüterlərdə coystikləri və ya oyun pultlarını qoşmaq üçün oyuq. İlk modellərdə adapterin hamısı oyun portu üçün ayrılırdı; hazırda belə kartlarda (xüsusən IBM şirkətinin istehsalı olmayan) oyun portları ilə yanaşı digər portlar da (məsələn, əlavə ardıcıl və ya parallel port) olur. Oyun adapteri - IBM PC-uyumlu kompüterlərdə coystik və ya oyun pultlarını qoşmaq üçün giriş-çıxış portu. Belə adapterin nüvəsi analoq-rəqəm dönüşdürücüsüdür (ADC). Coystik və ya idarəetmə pultu ilə manipulyasiya etdikdə bir və ya iki potensiometrin mövqeyi dəyişilir ki, nəticədə gərginliyin səviyyəsinin şəkli dəyişilir; sonra ADC bu gərginlikləri coystikin və ya pultun mövqeyini müəyyənləşdirən ədədi qiymətlərə çevirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun qurucu
Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook, Rajon Rondo və s.
Oyun salonu
Oyun salonu (ing. Amusement arcade) — kompüter oyunları, pinbol maşınları, elektromexanik oyunlar, hava hokkey masalarından ibarət olunan ictimai yer. Bəzi ölkələrin oyun salonlarında oyun avtomatları və ya paçinko kimi qumar maşınlara rast gəlmək olar.
Platform oyun
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
Tekken (oyun)
Video-oyun
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.